Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.
#Azərbaycan
Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunacaq.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,06 ABŞ dolları və ya 0,05% ucuzlaşaraq 122,26 ABŞ dollarına enib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,03% ucuzlaşaraq 118,98 ABŞ dolları təşkil edib.
Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir. Kanadada Azərbaycan Respublikasının Səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb. Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırmış, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar vermişdir.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.Sözügedən yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.
Bu gündən etibarən Azərbaycan və Maldiv qarşılıqlı olaraq vizasız rejimə keçiblər.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bildirilib ki, qonaqları salamlayan Teymur Musayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Ankarada TÜRKSOY, Azərbaycanın Ankaradakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Sabir Rüstəmxanlının anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Məlumata görə, tədbirdə Türkiyə və Azərbaycan rəsmiləri, parlament nümayəndələri, səfirlər, ictimai xadimlər və ziyalılar iştirak ediblər. Çıxışlarda Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatına və ictimai-siyasi düşüncəyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
Paytaxtda gənclərin qlobal problemlərin həllində roluna həsr olunmuş beynəlxalq tədbir təşkil olunacaq. 30 aprel – 1 may tarixlərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçiriləcək. Məlumata görə, forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsinin nümayəndələri, siyasi təşkilatların üzvləri və tələbələr iştirak edəcəklər. Tədbir çərçivəsində iştirakçılar təcrübə mübadiləsi aparacaq, həmçinin beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABŞ-da Türkiyə icmasının iştirakı ilə etiraz aksiyası baş tutub. Nyu-York şəhərinin Tayms Meydanında çoxsaylı Türkiyə vətəndaşı və diaspor nümayəndələri şəhər meri Zohran Mamdani tərəfindən 1915-ci il hadisələri ilə bağlı paylaşımına etiraz olaraq yürüş keçiriblər. Məlumata görə, aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək sözügedən açıqlamaya qarşı narazılıqlarını ifadə ediblər. Bildirilir ki, tədbir zamanı təhlükəsizlik qüvvələri ərazidə nəzarəti təmin edib.