#Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi

Duran sosial media hesabında İsrail ordusunun Şifa xəstəxanası yaxınlığında jurnalistlərin məskunlaşdığı çadırı birbaşa hədəfə aldığını, nəticədə ikisi “Əl-Cəzirə” müxbiri olmaqla beş jurnalistin öldüyünü bildirib. “İsrail körpələrə, uşaqlara, qadınlara, qocalara və xəstələrə qarşı törətdiyi soyqırımın görünməsini əngəlləmək üçün jurnalistləri məqsədli şəkildə hədəfə alır. Həm insanlığı, həm də həqiqəti məhv etməyə çalışır. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması və müharibə cinayətidir” — deyə Duran vurğulayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Sülh və Azadlıq Günü və Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına (KKTC) gedəcək.