ABŞ kəşfiyyat icmasının 2026-cı il üzrə illik təhdid qiymətləndirməsinə əsasən, Çin Tayvan üzərində nəzarəti ələ keçirmək niyyətini qorusa da, 2027-ci ildə hərbi müdaxilə planlaşdırmır və bu istiqamətdə konkret zaman qrafiki müəyyən etməyib.
#Çin və Tayvan münasibətləri
Çinin suverenlik mübahisəsi yaşadığı Tayvan ətrafında başladığı hərbi təlimlər ikinci günündə də davam edir. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığının sözçüsü, kapitan Li Si bildirib ki, komandanlığa tabe quru qoşunları səhər saatlarında adanın şimalında sulara yerləşdirilən hədəflərə qarşı uzunmənzilli atış təlimləri keçirib. Komandanlıqdan verilən ayrı açıqlamada isə təlimlər çərçivəsində dəniz hədəflərinə qarşı hücum simulyasiyalarının, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı müdafiə əməliyyatlarının icra ediləcəyi qeyd olunub.
Çinin Tayvanla bağlı hərbi hazırlıqlarının miqyası genişlənir. Pekin mümkün işğal ssenarisi üçün mülki yük və bərə gəmilərini hərbi desant əməliyyatlarını dəstəkləyəcək şəkildə modernləşdirməyə başlayıb.
ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.
Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin müşahidə olunduğunu açıqlayıb. Açıqlamaya görə, təyyarələrin 17-si Tayvan boğazında media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)”nin cənub-qərbində uçub. Tayvan ordusu həm təyyarələr, həm də gəmilər üçün müşahidə və cavab tədbirləri həyata keçirib. Çin Tayvanı ərazisinin bir hissəsi hesab edir, lakin ada 1949-cu ildən de-fakto müstəqil olaraq fəaliyyət göstərir və materik Çinlə suverenlik mübahisəsi davam edir.
Manilada keçirilən mətbuat konfransında Markos Tayvanla coğrafi yaxınlıq və adada yaşayan minlərlə filippinli işçinin mövcudluğuna diqqət çəkərək, Çinlə gərginliklərin ölkəsinə təsirini istisna etməyib. O, “Müharibə istəmirik, amma biz bu məsələdə hər bir ehtimalı gözə alacağıq” ifadəsini işlədib. Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi avqustun 8-də Kiçik Markosun açıqlamalarına etiraz notası göndərmiş, Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu bildirərək Filippini çəkindirmişdi.
Yaponiya hökuməti, Çinin artan hərbi fəalliyyəti fonunda ölkənin cənub-qərb adalarının müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Saga prefekturasında yeni hərbi baza açıldığını elan edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Tayvanın Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq qurumlara üzv olmaq hüququnun olmadığını bildirib.
Tayvan Müdafiə Nazirliyi Çinə məxsus 29 hərbi təyyarənin və 6 döyüş gəmisinin adanın ətrafında müşahidə edildiyini açıqlayıb.