Layihə çərçivəsində “Komanda quruculuğu”, “Karyera planlaması”, “Natiqlik”, “Liderlik” və digər mövzular üzrə ümumilikdə 6 sessiya təşkil edilib. Təlimlər Siyəzən, Xaçmaz, Şabran, Quba və Qusar rayonlarında keçirilib. Görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri də təşkil olunub.
#Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin bilik və yaradıcılıq potensialını gücləndirməyə xidmət edən 3 müxtəlif maarifləndirici layihə keçirilib. Tədbirlərin ilki AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev tərəfindən startup sahəsinə dair geniş təlim təqdim edilib. Təlimdə iştirakçılar biznes ideyasının formalaşdırılması, bazar araşdırması, layihəni inkişaf etdirmə prinsipləri və uğurlu startup quruculuğunun əsas mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün praktik nümunələr və real təcrübələr əsasında keçirilən sessiya onların sahibkarlıq düşüncəsini gücləndirməklə yanaşı, innovativ yanaşmalar formalaşdırmağa şərait yaradıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Anım Günü və Zəfər Gününə həsr olunmuş tədbirlər həyata keçirilib. Gənclər arasında “Qəhrəmanların izi ilə” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Yarış gənclərin Vətən müharibəsi tariximizi daha dərindən öyrənməsinə, qəhrəmanlıq irsimizin təbliğinə və milli yaddaşın yaşadılmasına xidmət edib. Maraqlı bilik mübarizəsindən sonra qalib komanda seçilərək mükafatlandırılıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir təşkil olunub. Tədbir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümünə həsr olunub.
17–21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib. Beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
17 sentyabr 2025-ci il tarixində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsinə start verilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 28 iyul – 1 avqust tarixlərində Goranboy Olimpiya İdman Kompleksində “Gənclər Düşərgəsi” keçirilib. Beş gün davam edən bu düşərgə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 50 aktiv gənc bir araya gələrək həm biliklərini artırmaq, həm də şəbəkələşmək imkanı əldə edib. Gənclər üçün müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların inkişafına yönəlmiş bir sıra təlimlər təşkil olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Everest zirvəsini fəth edən ilk azərbaycanlı alpinist qadın Vəfa Musayeva ilə “8.848: Bir Qadının Yolu” adlı görüş uğurla həyata keçirilib.