Bu gün "Çin və Qlobal idarəçilik təşəbbüs "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan kənarda: COP-un həyat qabiliyyətinin qorunması uğrunda mübarizə", "Orta Dəhliz və Avrasiya nəqliyyat qovşağı", "Afrika: bu gün və sabah", "2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı qarşılıqlı əlaqəlilik" kimi mövzular üzrə müzakirələr keçiriləcək
#İqtisadiyyat Nazirliyi
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-yə səfər çərçivəsində Vaşinqtonda ABŞ-Azərbaycan ticarət və biznes konfransında iştirak edib. ABŞ dövlət qurumlarının və şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Kaxetidə təşkil edilən Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi müzakirə olunub, panel müzakirə və B2B görüşlər keçirilib.
Xocalı soyqırımı bəşər tarixinin insanlıq əleyhinə törədilmiş ən ağır və qəddar cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu kütləvi qırğın dinc əhalinin ağır itkiləri ilə nəticələnmişdir. Lakin xalqımızın iradəsi, milli birliyi və azadlıq əzmi heç vaxt sarsılmadı.
İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşdə birgə fəaliyyət perspektivləri müzakirə olunub, SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, indiyə qədər Yevlax Pilot Aqroparkına 59,4 milyon manatlıq investisiya yönəldilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ağdam Sənaye Parkına indiyə qədər 145,8 milyon manat investisiya yatırılıb.
İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın biznes və investisiya potensial haqqında məlumat verilib, İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 26 faiz və ya 154 mln. manat çox olmaqla, ümumilikdə 755 mln. manat təşkil edib.
Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliklə müəyyən edilmiş öhdəliklər barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.