#Körfəz ölkələrinin hərbi inkişafı

Səudiyyə Ərəbistanında keçirilən “Gulf Shield Exercise 2026” adlı birgə hərbi təlim cümə günü yekunlaşıb. Səudiyyə Ərəbistanı Mətbuat Agentliyinin (SPA) məlumatına görə, təlimdə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri, eləcə də şuranln Birləşmiş Hərbi Komandanlığı iştirak edib.

Mərakeş, ABŞ-ın beşinci nəsil “F-35” qırıcı təyyarələrini əldə edən ilk ərəb və Şimali Afrika ölkəsi olmaq üzrədir. Bu addım, Mərakeşin hava müdafiə qabiliyyətini artırmaqla yanaşı, bölgədə güc tarazlığını dəyişə bilər və digər ərəb ölkələrinin də oxşar müqavilələr bağlamasına zəmin yarada bilər. ABŞ və İsrailin dəstəyi ilə Mərakeşin bu təyyarələri əldə etməsi, regional hərbi üstünlük məsələsində mühüm əhəmiyyət daşıyır.