#Sudan Həkimlər Şəbəkəsi

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudanın Qərbi Kordofan bölgəsində məcburi köçkün düşərgəsinə endirilən dron zərbəsi nəticəsində azı 15 uşaq ölüb. UNICEF-in 18 fevral tarixli bəyanatında bildirilir: 16 fevralda Əl-Sunut ərazisində yerləşən məcburi köçkün düşərgəsinə dron zərbəsi endirilib, nəticədə azı 15 uşaq həlak olub, 10 uşaq yaralanıb.

Sudanın Əl-Faşir şəhərində baş verən zorakılıqlar nəticəsində minlərlə insan evlərini tərk edərkən, yüzlərlə uşaq ailəsiz şəkildə qaçqın düşərgələrinə çatıb. Rəsmi məlumatlara görə, hər gün daha çox uşaq valideynlərindən ayrı düşərək düşərgələrə gəlir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, oktyabrın sonlarından etibarən Sürətli Dəstək Qüvvələri (RSF) qüvvələrinin Əl-Faşirdə Sudanın ordusundan geri alması nəticəsində Qərbi Darfurda 100 mindən çox insan evlərini tərk edib.

Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.

Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.