Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Lisenziyaların sayının daha çox olacağına inanırıq - Fərid Qayıbov

    2 May 2024 13:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Lisenziyaların sayının daha çox olacağına inanırıq - Fərid Qayıbov
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Başa vurduğumuz aylar bir-birini günbəgün artan uğurlarla əvəzləyir. Aprel ayı kütləvilik, idman uğurları və infrastrukturun möhkəmlənməsi baxımından xüsusilə fərqləndi.

    AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov aprel ayını dəyərləndirərkən deyib.

    O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin infrastrukturu üçün iki mühüm hadisə baş verib: “Əvvəlcə dövlətimizin başçısı cənab İlham Əliyev Gəncə İdman Sarayının açılışını etdi, burada müxtəlif idman növləri üçün ən yüksək səviyyədə yaradılmış şəraitlə tanış oldu. Qafqazın və regionun ən böyük idman mərkəzi olan bu idman sarayında idmançıların təlim-məşq, yarış və istirahəti üçün hər bir imkan var. Inanaram ki, bu sarayda gələcəyin çempionları yetişəcək, çox sayda yerli və beynəlxalq yarışlar keçiriləcək. Qeyd edim ki, gələn il ölkəmizdə keçiriləcək III MDB Oyunlarının bir çox yarışları məhz burada təşkil ediləcək. Bundan başqa, ölkə başçısı Gəncə şəhər stadionunun da təməlini qoydu”.

    Nazir Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsinin artıq ənənə halını aldığını da vurğulayıb: “Bakıda 41 ölkədən 116 gimnastın mübarizə apardığı bədii gimnastika üzrə Dünya kuboku bu dəfə də yüksək səviyyədə təşkil olundu. Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edildi. Daha bir beynəlxalq yarış - güləş üzrə Olimpiya təsnifat turniri də MGA-da yüksək səviyyədə təşkil olundu. Avropa Olimpiya Təsnifat Turnirində 5 sərbəst güləşçimiz - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) Fransa paytaxtına yollanmaq hüququ qazandılar. Tarixdə ilk dəfə oyun idman növlərində də Olimpiadada təmsil olunacağıq. Bu sevinci bizə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Honkonqda təşkil olunan lisenziya xarakterli turnirin qalibi olmaqla yaşatdı. Paris Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı akademik avarçəkmə idman növündə əldə etdik. İdmançımız Diana Dımçenko yarışda ikinci yeri tutmaqla Olimpiadaya lisenziyanı təmin etdi. Sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında təmsil olunmuşdu. Bununla da may ayının ilk gününə idmançılarımız lisenziyaların sayını 18-ə çatdırdılar. Qazanılan yeni lisenziyalar münasibətilə kanoe və avarçəkmə, basketbol və güləş federasiyalarını təbrik edirəm. Qarşıdakı iki ay ərzində qazanılacaq lisenziyaların sayının daha çox olacağına inanırıq”.

    Qayıbov aprelin çoxlu ilklər və yeni rekordlarla yadda qaldığnı da qeyd edib: “Cüdoçumuz Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu tituluna yiyələnməklə Azərbaycan cüdosunda yeni rekorda nail oldu. Daha bir cüdoçumuz Elcan Hacıyev 90 kq çəki dərəcəsində ilk dəfə ölkəmizə qitə çempionatının qızıl medalını qazandırdı. Şahmatçımız Ülviyyə Fətəliyevanın Avropa çempionluğu da ilklərdən biri oldu. Bu uğuru ilə Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşdü. Tamblinq və batutçularımız Avropa çempionatında uğurlu çıxışları ilə ilklərə də nail oldular. Tamblinq yığmamız Avropa çempionu titulunu qazandı. İdman gimnastikası tarixində ilk dəfə Avropa çempionatında medalımız qazanıldı. Bu uğuru halqalarla hərəkətdə Nikita Simonov (gümüş) əldə etdi. Yeniyetmələrin və qızların batutda sinxron hərəkətlərində də komandamız uğurla çıxış etdi və batutçu qızların qazandığı ölkəmiz üçün ilk Avropa medalı oldu. Tamblinq yığmamız da komanda hesabında Avropa çempionatında ilk qızıl medalımızı qazandı”.

    Nazir ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş ənənənin davam etdiyini də deyib: “Budəfəki görüşdə də idmançıları dinləyib onların uğurlarına birlikdə nəzərə saldıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçkisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf qurumun yeni rəhbəri, Azərbaycan Cüdo Federasiyasının ümumi yığıncağında isə Rəşad Rəsullu federasiyanın yeni icraçı vitse-prezidenti seçildilər. Hər iki federasiyaya bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram”.

    Qayıbov Bakının 2026-cı ildə dünyanın "İdman Paytaxtı" tituluna iddialı olduğunu da açıqlayıb: “Artıq şəhərimizin namizədliyi irəli sürülüb və ötən ay Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komissiyasının (ACES) nümayəndələri Bakıda səfərdə oldular. Onlar bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb, təqdimatda iştirak etdilər. Komissiyanın nümayəndələri ilə görüşüm oldu. Onlarla ölkəmizdə idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışdıq, Bakının idman potensialını müzakirə etdik”.

    O bildirib ki, qarşıda yığmamızı Parisə aparan məsul və məhsuldar iki ay gözləyir: “Azərbaycan idmançılarının ilin ilk 4 ayında qazandığı ardıcıl uğurlar sabaha daha optimist baxmağa sövq edir. İnanıram ki, idmançılarımız Olimpiya ilini qələbələrlə davam etdirəcək və bayrağımızı zirvədə saxlayacaqlar”.

    #Gənclər və İdman Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Növbəti Stansiya Gənclik – Şimal” layihəsi yekunlaşdı

    25 Fevral 2026 10:44

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    13 Fevral 2026 16:41

    Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

    3 Fevral 2026 11:57

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər

    24 Dekabr 2025 00:57

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

    21 Dekabr 2025 12:12

    Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

    29 Noyabr 2025 14:42

    Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb

    18 Noyabr 2025 20:39

    “Gimnastika hamı üçün” kollokviumu öz işinə başlayıb

    2 Aprel 2025 12:58

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib

    8 Mart 2025 16:55

    Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

    22 Fevral 2025 18:09

    Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempionluq qazanıb

    28 Avqust 2024 03:00

    “Pekin-Paris” ralli iştirakıları Şamaxıdan yürüşə davam edib

    10 İyun 2024 16:28
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.