Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb

    27 Fevral 2026 19:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA

    Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.

    VOA xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.

    Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.

    Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.

    Görüşdə, Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.

    Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.

    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb
    #Samir Nuriyev #Efiopiyanın Baş naziri Abiy Əhməd Əli #COP32 #Azərbaycan Respublikası Prezidenti Administrasiyası #Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri #Gedion Timotevos Hessebon
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

    16 Mart 2026 19:27

    Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

    16 Mart 2026 19:25

    Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

    16 Mart 2026 18:03

    Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

    4 Mart 2026 19:37

    Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

    26 Fevral 2026 12:47

    Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

    20 Yanvar 2026 11:05

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

    12 Dekabr 2025 11:26

    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib

    18 Noyabr 2025 20:56

    Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar

    18 Noyabr 2025 15:24

    Prezident Administrasiyasının rəhbəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib

    13 Noyabr 2025 14:04

    Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər

    27 Sentyabr 2025 10:08
    XƏBƏR LENTİ

    İnsanı nə əvəzolunmaz edir? - Süni intelektdən üstün olan bacarıqlarımız hansılardır?

    Nyu-Yorkda bir milyon insan nüvə silahlarına qarşı küçələrə çıxdı: ABŞ tarixinin ən böyük tərksilah aksiyası

    Tarixdə bu gün - 12 İyun

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    Tramp: İran rəhbərliyi ilə yüksək səviyyədə danışıqlar nəticə verdi

    İranın “hamı üçün və ya heç kim üçün” mövqeyi nə deməkdir?

    ABŞ Mərkəzi komandanlığı: Hörmüz boğazı “nəqliyyat üçün açıqdır”

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    İşğal altındakı Qərb Sahəsində İsrail hücumları davam edir

    İsrail hücumları Livanın Sur rayonunda 6 nəfərin ölümünə səbəb olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.