Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı

    18 Mart 2026 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələn festival çərçivəsində Horovlu kənd bazarının açılışı baş tutub, kənd təsərrüfatı məhsulları və əl işlərinin yarmarkası təşkil olunub. Müxtəlif bölgələrdən fermer və investorlar üçün satış imkanı yaradılıb.

    VOA xəbər verir ki, Cəbrayıl şəhəri, Cocuq Mərcanlı və Horovlu kəndlərinin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin musiqiçilər, xanəndələr, aşıqlar, xor kollektivi, rəqqaslar və incəsənət xadimlərinin ifasında əyləncəli konsert proqramı təşkil olunub. Uşaqlar üçün xüsusi zonada kukla teatr tamaşası göstərilib, interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.

    İştirakçılar Novruz bayramının əsas simvolu kimi hazırladıqları kreativ səmənilərlə müsabiqəyə qatılaraq birincilik uğrunda mübarizə aparıblar. İctimai xadimlərdən ibarət münsiflər heyəti kreativlik, estetiklik və digər kateqoriya üzrə qalibləri müəyyən ediblər. Müxtəlif nominasiyalarda qalib gələn iştirakçılara sponsorlardan hədiyyələr təqdim olunub. Ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass olduqca maraqla qarşılanıb. Horovlu kənd parkında təşkil edilən festivalda qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar.

    Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.

    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    Cəbrayılın Horovlu kəndində möhtəşəm Novruz festivalı: Kənd bazarı açıldı
    #Bakı #Horovlu kəndində Novruz coşqusu: Yeni kənd bazarı istifadəyə verildi #Cəbrayılda Böyük Qayıdışın bayram rəmzi: Horovlu festivalı və yarmarka #AzerVoice: Azad edilmiş torpaqlarda Novruz - Çirişotu kətəsi və səməni halvası #Horovluda bayram tonqalı: Cəbrayıl sakinləri bir araya gəldi #Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü: Cəbrayılda sərgi-satış yarmarkası #Horovlu kənd parkında Novruz personajları və kreativ səməni müsabiqəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.