Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov qiymətləndirmə sahəsinin uzun müddətdir diqqətdən kənarda qalması ilə bağlı məsələni Mərkəzi Bank rəhbərliyi ilə açıq şəkildə müzakirə etdiklərini bildirib. Asif İbrahimov Mərkəzi Bankda ölkənin aparıcı ekspertlərinin iştirakı ilə keçirilən ənənəvi görüş zamanı bank və sığorta sektoru ilə yanaşı, qiymətləndirmə sahəsində mövcud olan ciddi problemlərin də gündəmə gətirildiyini qeyd edib.
#Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir. Qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb.