Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir

    16 Yanvar 2026 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yanvarın 16-da Hərbi Memorial Məzarlıqda Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir.

    AzerVoice xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

    Xatırladaq ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda energetika, ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın 15-də gecə saatlarında Vətənə gətirilib.

    Xəbər yenilənəcək

    #Vida mərasimi #Hərbi Memorial Məzarlıq #Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev #Qurtuluş batalyonu #İsveç Krallığının Malmö şəhəri #Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Minlərlə iranlı Ayətullah Əli Xamenei ilə vida mərasimində iştirak edib

    6 İyul 2026 20:39

    Pakistanın Baş naziri Əli Xameneinin tabutu önündə ehtiramını bildirib

    3 İyul 2026 19:43

    Tehrandakı dəfn mərasimi birlik mesajı kimi qiymətləndirilir

    3 İyul 2026 19:19

    Əli Xameneinin yeddi günlük dəfn mərasiminin proqramı açıqlanıb

    3 İyul 2026 18:29

    Xamenei ilə vida mərasimi başlayıb

    3 İyul 2026 10:30

    Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

    19 Aprel 2026 10:58

    Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn olunub

    30 Mart 2026 14:44

    Türkiyə İlber Ortaylı ilə vidalaşır

    16 Mart 2026 12:44

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    16 Fevral 2026 18:45

    Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

    6 Fevral 2026 22:51

    İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib

    27 Sentyabr 2025 15:54

    Xalq yazıçısı Elçin Əfəndiyevin nəşi Fəxri xiyabana yola salınıb

    4 Avqust 2025 12:13
    XƏBƏR LENTİ

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.