#Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib. T ədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib. O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə göstərilən dəstəyə görə komitəyə təşəkkür edib.

Yanvarın 16-da Hərbi Memorial Məzarlıqda Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir. Xatırladaq ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda energetika, ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.