Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Üçtərəfli Komissiya növbəti iclasını keçirib

    26 Dekabr 2025 20:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Üçtərəfli Komissiya növbəti iclasını keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

    AzerVoice xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

    İclası giriş sözü ilə açan V.Zeynalov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq əmək qanunvericiliyinin təkmilləşdirilməsində Üçtərəfli Komissiya tərəfindən aparılan müzakirələrin rolunu qeyd edib.

    İclasın gündəliyinə uyğun olaraq Nazirlər Kabineti, AHİK və ASK arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş çərçivəsində görülmüş işlər və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” layihəsi müzakirə olunub.

    Beynəlxalq Əmək Təşkilatının 102 nömrəli “Sosial təminatın minimum normaları haqqında” Konvensiyasının, o cümlədən, 187 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə işçi qrup tərəfindən görülmüş işlərdən bəhs olunub.

    İclasda növbəti il üzrə Üçtərəfli Komissiyanın sədrliyinin Komissiyanın Əsasnaməsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilməsinə dair yekdilliklə qərar qəbul edilib.

    Üçtərəfli Komissiya növbəti iclasını keçirib
    #Nazirlər Kabineti #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) #əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev #AHİK-in Aparat rəhbəri Həsən Cəfərov #ASK-nın vitse-prezidenti Vüqar Zeynalov #Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı layihəsi #AHİK və ASK arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

    31 İyul 2026 18:23

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

    9 İyul 2026 20:36

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

    25 İyun 2026 19:51

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    15 İyun 2026 13:52

    Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib

    10 Aprel 2026 14:28

    Bakıda Azərbaycan və Tacikistan arasında konsulluq məsləhətləşmələri keçirilib

    2 Aprel 2026 18:51

    Azərbaycan- Türkiyə strateji əlaqələr müzakirə olunub

    2 Aprel 2026 18:49
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.