Film “AzərEnerji” ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub. Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.