Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib

    10 Dekabr 2025 20:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı dekabrın 10-da keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum panellərlə davam edir.

    AzerVoice xəbər verir ki, forumun növbəti paneli "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" mövzusuna həsr olunub.

    Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifovanın milli və mədəni kimlik mövzusunda məruzəsi dinlənilib. Məruzədə milli kimliyi formalaşdıran amillər, etnik-mədəni sistemin milli düşüncəyə təsirləri, tarixi yaddaşın millət və dövlət quruculuğunda rolu kimi məsələlər diqqətə çatdırılıb.

    Sonra panel ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə davam edib.

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraşı direktoru Samir Mahmudov və Mədəniyyət Nazirliyi Hüquq şöbəsinin müdiri Gülər Mikayılova çıxış ediblər.

    Paneldə "Azərbaycan Respublikası Konstitusiyası milli kimliyin qorunmasının təminatçısı kimi", "Azərbaycan Respublikası Konstitusiyasında mədəniyyət hüququ və vəzifələr", "Konstitusiyanın aliliyi və hüquq mədəniyyəti", "Mədəniyyət haqqında qanunvericilik, tənzimləmə və icra mexanizmləri" mövzuları üzrə müzakirələr aparılıb.

    Bildirilib ki, çağımızda mədəniyyət sahəsinin hüquqi tənzimlənməsinə yeni yanaşmaların tətbiqi zərurəti yaranıb. Vurğulanıb ki, mədəni dəyərlərin və tarixi irsin qorunmasında dövlət qurumları ilə yanaşı, ayrı-ayrı şəxslərin və vətəndaş cəmiyyətlərinin də üzərinə mühüm vəzifələr düşür.

    Qeyd olunub ki, Azərbaycan qədim və zəngin mədəni irsə malik ölkədir. Musiqisi, kinosu, teatrı, rəssamlıq və memarlığı, milli adət-ənənələri, mətbəx mədəniyyəti ölkəmizin mədəni irsini formalaşdıran əsas elementlərdir. Bu sahələr üzrə insanların fəaliyyəti, hər bir vətəndaşın bu irs nümunələrindən maneəsiz istifadəsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Son illərdə əhalinin bütün təbəqələrinin mədəni xidmətlərdən daha rahat istifadəsi ilə bağlı mühüm işlər görülüb. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən aparıcı muzey, teatr, film nümayişi məkanları, kitabxana və digər sahələrdə həssas qruplardan olan vətəndaşların mədəni xidmətlərə əlçatanlığı təmin edilir.

    Paneldə eyni zamanda hüquq mədəniyyətinin formalaşması üçün maarifçilik işinin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
    Məruzəçilər sonda sualları cavablandırıb, təkliflərlə çıxış ediblər.

    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib
    Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib
    #Panel #Mədəniyyət və hüquq: müasir çağırışlar #Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz #mədəniyyət nazirinin müavini Səadət Yusifova #ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadov #Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov #Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov #Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov #BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev #Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraşı direktoru Samir Mahmudov #Mədəniyyət Nazirliyi Hüquq şöbəsinin müdiri Gülər Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    4 İyun 2026 10:18

    Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

    2 İyun 2026 18:01

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    2 İyun 2026 14:35

    Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı

    1 İyun 2026 17:04

    Mediasiyanın effektivliyi necə ölçülür?

    1 İyun 2026 10:47

    Titanik: Batmayan gəminin və bitməyən sevginin dastanı

    31 May 2026 21:00

    Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi üçün tapşırıqlar verildi

    29 May 2026 10:53

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    10 Dekabr 2025 15:56

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    8 Dekabr 2025 23:16

    Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib

    3 Noyabr 2025 22:24
    XƏBƏR LENTİ

    CENTCOM blokada barədə açıqlama verib

    Livan ordusu İsrailin geri çəkilməsindən sonra cənubda əsas yolu açıb

    İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 3 526-ya çatıb

    Avropa qüvvələrinin qoşun yerləşdirmə prosesi necə həyata keçiriləcək?

    Hizbullah rəhbəri sərt xəbərdarlıq etdi: Livan bombalandığı müddətcə Şimali İsrail təhlükədə olacaq

    Hizbullah Livan-İsrail danışıqlarını sərt tənqid etdi

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    İran Küveyt və Bəhreynə zərbələrlə “tarazlığı” təmin etməyə çalışır

    İtaliya atəşkəsin qorunmasında hansı addımlar atır?

    Rəcəb Tayyib Ərdoğan: Afrika ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə davam edirik

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.