Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib

    3 Dekabr 2024 17:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə, həmçinin Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama və digər rəsmilər iştirak ediblər.

    Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibb sahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə - Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir.

    Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

    Öz növbəsində Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:

    "Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Qvineya-Bisau və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir".

    Görüşdə, həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    Azərbaycan və Qvineya-Bisau arasında tibb sahəsində əlaqələrin inkişafı müzakirə edilib
    #Səhiyyə Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

    4 Avqust 2026 18:22

    ABŞ zərbələri nəticəsində İranda ölənlərin sayı 55 nəfərə çatıb

    24 İyul 2026 17:11

    İyulun 6-dan bəri ABŞ hücumları nəticəsində azı 50 nəfər həlak olub - İran

    18 İyul 2026 18:21

    Qəzzada ölənlərin sayı 73 min 231 nəfərə çatıb

    13 İyul 2026 17:44

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 322 nəfərə çatıb

    11 İyul 2026 22:49

    Qəzzada ölənlərin sayı 73 mini keçib

    9 İyul 2026 21:20

    Qəzzada qan bankları və laboratoriyalar tam dayanma təhlükəsi ilə üzləşib

    9 İyul 2026 18:48

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 min 319 nəfərə çatıb

    6 İyul 2026 19:27

    Qəzzada ölənlərin sayı 73 min 98 nəfərə çatıb

    6 İyul 2026 18:29

    Qəzzada son 48 saatda azı 16 nəfər həlak olub

    4 İyul 2026 21:16

    İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı artıb

    1 İyul 2026 21:14

    Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib

    1 İyul 2026 17:58
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.