Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

    28 Noyabr 2024 14:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK könüllüləri ilə görüş keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə AHİK-dən məlumat verilib.

    Bildirilib ki, Konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətdə tarixi addımlar atıb.

    Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.

    Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin "Könüllülər İli" elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.

    Vurğulanıb ki, COP29-a qatılan könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər, nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.

    Görüşdə həmçinin diqqətə çatdırılıb ki, "AHİK Könüllüləri" proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.

    Tədbirdə çıxış edən könüllülər təhsil aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti, onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı olduqları "AHİK Könüllüləri" proqramı çərçivəsində keçdikləri təcrübə, qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə danışıblar. Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək bacarığının formalaşmasına şərait yaradır.

    Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.

    Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
    #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    25 Avqust 2026 23:32

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    25 Avqust 2026 21:54

    SpaceX Luiziana ştatında yeni kosmodrom inşa edəcək

    25 Avqust 2026 20:42

    Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

    25 Avqust 2026 20:05

    Çinin “Tianqun” robotu 100 metri 9 saniyədən az müddətdə qət edib

    25 Avqust 2026 17:54

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    25 Avqust 2026 16:32

    Ərəb Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Mükafata 475 müraciət daxil olub

    25 Avqust 2026 16:27

    Sertifikat mediator üçün nə deməkdir?

    25 Avqust 2026 12:49

    “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    22 Yanvar 2026 17:02

    Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

    16 Dekabr 2025 10:47

    Bakıda beynəlxalq konfrans keçirilir

    26 Sentyabr 2024 10:49

    Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər - Səttar Möhbalıyev

    7 Yanvar 2024 12:14
    XƏBƏR LENTİ

    Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.