Trend informasiya agentliyi Mərkəzi Asiya ölkələri və İranın aparıcı KİV-lərini qabaqlayıb.
Siyasət
Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri tərəfindən martın 16-da Xocavənd rayonunun Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə baxış keçirilib.
Əlaqələndirmə Qərargahının üzvləri martın 16-da Hadrut məscidini ziyarət ediblər.
Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.
Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
İsveçin Xarici İşlər Nazirliyi İranda təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi fonunda Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq Bakıya köçürmək barədə qərar qəbul edib.
Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə mədəniyyətlərin və dinlərin hörmətinə, tolerantlığına və dinc yanaşı yaşamasına olan güclü sadiqliyimizi bir daha təsdiqləyirik. İslamofobiya, ayrı-seçkilik və insanlara qarşı inanclarına görə nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır. Bu cür qərəzli fikirlərin cəmiyyətlərimizdə yeri yoxdur", - deyə paylaşımda bildirilib. Qeyd edilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi dəyərlərə əsaslanır. "İslamın təhrif edilməsi və ya damğalanması qəbuledilməzdir. Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və davamlı cəmiyyətlərin qurulması üçün çox vacibdir", - deyə nazirlik əlavə edib.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Müdafiə Nazirliyi ötən həftə (martın 8-dən 15-dək) paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.