Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat

    7 Noyabr 2023 08:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerPress:

    Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.

    AzerPress xəbər verir ki, bəyanatda deyilir:

    8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur.

    Müstəqilliyinin ilk illərindən qonşu ölkə Ermənistanın hərbi təcavüzü, işğalı, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan sülh prosesinə sadiq olmaqla yanaşı, işğal faktı ilə barışmayacağını daim bəyan edib.

    Ermənistanın uzun illər ərzində status-kvonun saxlanılmasına hesablanmış imitasiya naminə danışıqlar aparması, bu destruktiv fəaliyyətə beynəlxalq vasitəçilərin göz yumması və adekvat tədbirlər görməməsi nəticəsində Ermənistanın təcavüzkar siyasətini, "yeni ərazilər uğrunda yeni müharibələr" konsepsiyasını irəli sürərək hərbi-siyasi təxribatlarını intensivləşdirməsi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən idi.

    Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu.

    44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi.

    8 noyabr 2020-ci il tarixində Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin işğaldan azad olunmasından sonra 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq isə Ermənistanın Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxarması ilə ərazi bütövlüyümüz təmin edildi.

    Müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalaraq iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər görməyə başladı.

    Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi.

    Azərbaycanın bütün səviyyələrdə və platformalarda xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələri cari ilin sentyabr ayında təxribatlarını artırdı və bir gündə 6 nəfər azərbaycanlı mülki şəxslər və polislərin ölümü ilə nəticələnən mina partlayışı törətdi. Buna cavab olaraq, Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə, Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində 24 saat ərzində anti-terror tədbirləri həyata keçirdi.

    Hazırda, erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur.

    Bu münbit şəraitin fonunda, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

    Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.

    8 Noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik!

    Zəfər Günümüz mübarək olsun!

    #Azərbaycan XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Pakistana başsağlığı verib

    24 May 2026 15:28

    Azərbaycan və Türkiyə arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

    13 May 2026 11:17

    Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

    12 May 2026 18:49

    Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya

    8 May 2026 14:03

    Azərbaycan və BƏƏ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    28 Aprel 2026 19:37

    Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

    24 Aprel 2026 20:49

    Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

    24 Aprel 2026 12:52

    Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

    20 Aprel 2026 10:13

    Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb

    19 Aprel 2026 10:14

    Azərbaycan və Qırğızıstan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar

    18 Aprel 2026 22:14

    Azərbaycan və Türkmənistan enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

    18 Aprel 2026 22:01

    Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

    18 Aprel 2026 21:30
    XƏBƏR LENTİ

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.