Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib

    28 Dekabr 2024 17:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir.

    "Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

    Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

    İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

    İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

    Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib", - məlumatda bildirilir.

    #Baş Prokurorluq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Baş Prokuror İranın ölkəmizdəki səfirini qəbul edib

    24 Aprel 2026 16:23

    Baş Prokurorluq İranın Naxçıvana dronla hücumu nəticəsində xəsarət alan hava limanı işçilərinin adlarını açıqlayıb

    5 Mart 2026 15:57

    Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb

    5 Mart 2026 15:55

    Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi

    26 Yanvar 2026 18:11

    Rusiyadan və Qazaxıstandan beynəlxalq axtarışa verilmiş daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

    19 Yanvar 2026 17:56

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    16 Yanvar 2026 15:54

    Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror

    13 Yanvar 2026 11:27

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    24 Noyabr 2025 20:13

    Yasamalda 3 nəfərin öldüyü binada yanğınla bağlı bir nəfər saxlanılıb

    23 Noyabr 2025 17:20

    Türkiyədə 7 vilayətdə aparılan əməliyyatlarda 8 cinayət şəbəkəsi zərərsizləşdirilib

    4 Noyabr 2025 10:42

    Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

    31 Oktyabr 2025 23:33

    Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

    8 Oktyabr 2025 14:18
    XƏBƏR LENTİ

    Livanın Baş nazirindən son hadisə ilə bağlı sərt açıqlama

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    İranın qırmızı xətti: Neft ixracı məsələsi bölgədə yeni böhrana səbəb ola bilərmi?

    İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib

    İsrailin Livanın cənubuna hücumları nəticəsində azı 10 nəfər həlak olub

    Bəhreyn Livanın suverenliyinə dəstəyini bəyan edib

    Azov dənizində dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib

    İordan çayının qərb sahilində son saatlarda nə baş verib?

    Misir İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    Küveyt İranın yeddi ballistik raketinə qarşı tədbir görüldüyünü açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.