Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib

    22 Yanvar 2024 18:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Bu barədə AzerVoice-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Zirvə Görüşündə 120-ə yaxın QH üzv və müşahidəçi dövlətlər, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edib. Tədbirə xüsusi qonaq qismində BMT Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Fransis, Afrika İttifaqı Komissiyasının Baş katibi Musa Faki Məhəmməd, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisiya Skotland və digər rəsmilər qatılaraq çıxışlar ediblər. Görüşdə, həmçinin mənzil-qərargahı Azərbaycanda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Uqanda təmsilçisi tərəfindən çıxış səsləndirilib.

    Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

    Tədbirdə iştirak edən QH üzv dövlətləri və beynəlxalq təşkilat təmsilçiləri, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri və Millətlər Birliyi təşkilatının Baş katibi ölkəmizin Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə ediblər.

    Çıxışlarda Hərəkata sədrliyimizin böyük bir hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bu vəzifənin öhdəsindən nəinki uğurla gəlməsi, hətta irəli sürülən müvafiq təşəbbüslər və platfrormalar ilə Hərəkatı daha da gücləndirməsi və təsisatlanmasına töhfə verməsi qeyd edilib.

    Tədbir çərçivəsində QH-nin 19-cu zirvə görüşünün yekun sənədi qəbul edilib. Yekun sənəddə ölkəmiz üçün bir sıra vacib məqamlar əks olunub.

    Sənəddə QH üzv ölkələrinin dövlət və hökumət başçıları Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətləri xüsusunda həmrəylik ifadə edib, bu ərazilərdə partlamamış sursat və mina problemlərinin maneə yaratdığına diqqət çəkərək, beynəlxalq yardımın göstərilməsinə çağırış edib.

    Üzv ölkələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən QH Qadın Platformasın yaradılması təşəbbüsünə dəstək ifadə edib, bu istiqamətdə ilk addım olaraq, 2023-cü ilin noyabr ayında Bakıda keçirilmiş QH-nin qadın hüquqlarının gücləndirilməsi ilə bağlı konfransı təqdir edib.

    Sənəddə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

    Ölkəmizin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının ev sahibliyinə seçilməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.

    Azərbaycan sədrliyi tərəfindən QH-nin institutlaşdırılması istiqamətində görülmüş işlər, xüsusilə QH Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin fəaliyyəti Zİrvə Görüşünün Yekun Sənədi ilə dəstəklənib. İnsan Hüquqları Şurasında Azərbaycan sədrliyinin fəaliyyətinin nəticəsi olaraq, ilk dəfə olaraq inkişaf hüququ üzrə hüquqi məcburedici xarakterli sənədin qəbul ediməsini tələb edən qətnamənin Şurada qəbul edilməsi yüksək qiymətləndirilib.

    Zirvə Görüşü zamanı Azərbaycanın Hərəkata sədrliyi dövründə təsisatın genişlənməsi istiqamətində atdığı müvafiq addımlar nəticəsində Afrika qitəsindən yeganə üzv olmayan ölkə - Cənubi Sudan QH üzvlərinin sıralarına qoşulub və üzvlük sayı 121-ə çatıb.

    Görüş çərçivəsində QH-nin sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin Sədrlik Üçlüyü çərçivəsində təsisatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    Qoşulmama Hərəkatına üzv dövlətlər 4 illik uğurlu sədrliyə görə Prezident İlham Əliyevə təşəkkür edib
    #Xarici İşlər Nazirliyi #Qoşulmama Hərəkatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05

    Azərbaycan və Ukrayna XİN başçıları ölkələrin strateji tərəfdaşlığını müzakirə ediblər

    6 Avqust 2026 15:54
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.