Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Finlandiya və İsveç dəmir yolu ilə birləşir - Aİ-də ən uzun qatar marşrutu formalaşır

    15 Aprel 2026 10:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Finlandiya və İsveç dəmir yolu ilə birləşir - Aİ-də ən uzun qatar marşrutu formalaşır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Avropa İttifaqında nəqliyyat əlaqələrinin genişlənməsi istiqamətində mühüm layihə reallaşdırılır.

    VOA xəbər verir ki, Finlandiya ilə İsveç arasında uzun müddətdir gözlənilən sərhədyanı dəmir yolu əlaqəsinin bu yay istifadəyə verilməsi planlaşdırılır.

    Məlumata əsasən, yeni xətt Finlandiyanın Tornio şəhəri ilə İsveçin Haparanda şəhərini birləşdirəcək və sərnişinlər üçün daha rahat keçid imkanları yaradacaq. Bu layihə Aİ daxilində ən uzun qatar marşrutlarından birinin formalaşmasına şərait yaradacaq.

    Qeyd olunub ki, indiyədək iki ölkə arasında sərnişinlər yalnız avtomobil və ya avtobus vasitəsilə hərəkət edə bilirdi. Mövcud dəmir yolu xəttində isə relslərin eni fərqli olduğu üçün birbaşa qatar hərəkəti mümkün deyildi.

    Bildirilib ki, yeni həll çərçivəsində sərnişinlər Torniodan Haparandaya keçərək burada İsveç qatarlarına asanlıqla transfer edə biləcəklər. Bunun üçün tarixi Haparanda vağzalı yenidən bərpa olunur və iki sistem arasında keçid mərkəzi kimi fəaliyyət göstərəcək.

    Məlumata görə, layihənin rəsmi açılışı ən tez iyun ayının sonlarında baş tuta bilər.

    Qeyd edilib ki, bu xətt həm də Finlandiyanın 2022-ci ildən sonra ilk dəfə sərhədlərarası dəmir yolu əlaqəsini bərpa etməsi baxımından əhəmiyyətlidir.

    Bildirilib ki, yeni marşrut gələcəkdə Finlandiyanın Kolari şəhərindən Portuqaliyanın Laqos şəhərinədək uzanan və Aİ-də ən uzun qatar səyahətlərindən birini mümkün edə bilər.

    #Avropa İttifaqı (Aİ) #İsveç #Portuqaliya #Finlandiya #Nəqliyyat əlaqələri #Tornio #Haparanda
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    İran Aİ-yə Ukraynadan şikayət edib

    29 İyul 2026 16:56

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    Ərdoğan Avropa liderlərinə odlu silah hədiyyə etdi

    9 İyul 2026 11:29

    ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

    4 İyul 2026 18:44

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59

    Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

    2 İyul 2026 14:41

    Ərdoğan Kaya Kallası qəbul edib

    30 İyun 2026 16:52

    QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər

    25 İyun 2026 14:05

    Avropa Türkiyəyə dərs vermək və ağıl öyrətmək fikrindən əl çəkməlidir - Bahçeli

    23 İyun 2026 12:23

    Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

    19 İyun 2026 03:00

    Azərbaycan və İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    18 İyun 2026 18:03
    XƏBƏR LENTİ

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.