Məlumata əsasən, yeni xətt Finlandiyanın Tornio şəhəri ilə İsveçin Haparanda şəhərini birləşdirəcək və sərnişinlər üçün daha rahat keçid imkanları yaradacaq. Bu layihə Aİ daxilində ən uzun qatar marşrutlarından birinin formalaşmasına şərait yaradacaq. Qeyd olunub ki, indiyədək iki ölkə arasında sərnişinlər yalnız avtomobil və ya avtobus vasitəsilə hərəkət edə bilirdi. Mövcud dəmir yolu xəttində isə relslərin eni fərqli olduğu üçün birbaşa qatar hərəkəti mümkün deyildi.
#Nəqliyyat əlaqələri
2025-ci ilin iyul ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 1 milyon 275 min 413 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 1 milyon 163 min 760 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 111 min 653 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 12 min 81 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 10 min 48 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 2 min 33 ton təşkil edib.