Rəy

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İranda rejim dəyişikliyinə yönəlmiş istənilən cəhd qəbuledilməzdir. O, İranın ali lideri Ayətullah Əli Hamaneyə qarşı mümkün sui-qəsdin isə bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini deyib.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani, İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları "terrorçu və cinayətkar təcavüz" adlandıraraq, bu hücumların bütün beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozduğunu bildirib.