Rəsmi Xronika

Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezidentin liderliyinin, eləcə də Prezident Əliyevin rəhbərliyinin bariz nümunəsidir. Bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib. O bildirib ki, ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə bir-birimizlə vuruşmalıyıq: “Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın”.

Xəbər verdiyimiz kimi, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.

“Biz, eyni zamanda, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq. Süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu, bu gün bizim ikitərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq Amerikanın aparıcı şirkətləri ilə ilkin nəticələrimiz var”.

“Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ- ın müttəfiqləridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.

Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında söyləyib.