Rəsmi Xronika

Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcının rəmzi olan bu mühüm hadisənin ölkənizin hərtərəfli inkişafına, həyata keçirdiyiniz genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin gerçəkləşdirilməsinə xidmət edəcəyinə əminliyimi bildirirəm. Qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan və Özbəkistan arasında investisiyaların və həyata keçirilən layihələrin həcmi birgə investisiya fondu üçün nəzərdə tutulan 500 milyon dollardan xeyli yüksəkdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası zamanı bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.