Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib.
Rəsmi Xronika
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Heydər Əliyev meydanında Ümummilli Liderin memorial kompleksinin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb. Paylaşımda deyilir: "Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib".
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu. Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistan Respublikasına dövlət səfərinə gəliblər. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Daşkənd Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfərinə hazırlaşır. Özbəkistan paytaxtının mərkəzi hissəsində xüsusi hazırlıq işləri görülüb. Küçələrdə Azərbaycan və Özbəkistanın dövlət rəmzləri yerləşdirilib. Şəhərdə iki ölkənin liderlərinin portretləri də nümayiş etdirilir. Bu barədə Daşkəndə ezam olunmuş “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev məlumat verib. Səfər Azərbaycan və Özbəkistan arasında münasibətlərin intensiv inkişaf etdiyi bir dövrə təsadüf edir. İki ölkə son vaxtlar iqtisadi və sərmayə əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni addımlar atır. İlham Əliyevin səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəyi gözlənilir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib.
Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. O bildirib ki, Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür: "Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk
Azərbaycanın bu formatda (“C6” formatı – red.) iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir.
Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir.
İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib.