Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Rəsmi Xronika
Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub.
Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir.
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib.
Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində yerləşən "İssık-Kul Qolf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib. Tədbirə Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar. Mərasimdə kompleks barədə təqdimat keçirilib. İssık-Kul gölünün sahilində yerləşən layihə turizmin inkişafına xidmət edəcək. Kompleksdə qolf meydançası, hotellər, restoranlar və digər turizm infrastrukturu yaradılıb. Burada beynəlxalq qolf turnirlərinin keçirilməsi də planlaşdırılır. Dövlət başçıları sonda qolf oyununun rəmzi başlanğıc mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. VOA xəbər verir ki, dövlət başçısının təyyarəsi Çolpon-Ata şəhərindəki İssık-Kul Beynəlxalq Hava Limanına enib. Prezidentin şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar. Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. Dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Tərəflərin bir sıra görüşlər keçirməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.