Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
Rəsmi Xronika
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
Nurlan Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Anar Babayev Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Avtonom nəqliyyat vasitəsi operatorların fəaliyyətinin tənzimlənməsi qaydaları və öhdəlikləri müəyyənləşdirilib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol”u təsdiq edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.
Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Dövlət başçısı bunu Azərbaycan mədəniyyəti üçün ağır itki adlandırıb. Paylaşımda şairin zəngin yaradıcılığı, elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Nəriman Həsənzadə milli ədəbiyyata dəyərli töhfələr verib və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Prezident onun xidmətlərinin ali dövlət mükafatları ilə qiymətləndirildiyini xatırladıb. Paylaşım "Allah rəhmət eləsin!" sözləri ilə yekunlaşıb.
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.
"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin".
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.
Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib.