Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılmasına 85 milyon manatdan artıq vəsait ayırıb

    28 Aprel 2026 12:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılmasına 85 milyon manatdan artıq vəsait ayırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. VOA:

    Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılmasına 85 milyon manat ayrılıb.

    TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilmişdir.

    Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

    25 İyun 2026 22:08

    Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

    25 İyun 2026 21:00

    Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olunublar

    25 İyun 2026 16:42

    Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib

    25 İyun 2026 16:41

    Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub

    25 İyun 2026 16:41

    Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib

    25 İyun 2026 14:55

    Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib

    25 İyun 2026 11:46

    İraq Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    24 İyun 2026 19:12

    Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    24 İyun 2026 18:00

    Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    24 İyun 2026 14:46

    Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik

    24 İyun 2026 11:10

    İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib

    24 İyun 2026 11:00
    XƏBƏR LENTİ

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

    Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

    Venesuelada azı 250 bina dağılıb və ya ciddi zədələnib

    Venesuelada bir çox bölgədə mobil rabitə və internet hələ də bərpa olunmayıb

    Zəlzələnin tam miqyası hələ məlum deyil - Beynəlxalq xeyriyyə təşkilatı

    Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

    Qətərin Baş naziri Delsi Rodrigeslə telefonla danışaraq Venesuelaya başsağlığı verib

    BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Venesuela xalqına həmrəylik ifadə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.