Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    24 Sentyabr 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət ünvanlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib.

    AzerVoice xəbər verir ki, müraciətdə bildirilir:

    “Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.

    Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

    Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.

    Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturdur. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.

    Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.

    Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

    Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

    İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

    Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    1 Sentyabr 2026 21:34

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    1 Sentyabr 2026 19:26

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    1 Sentyabr 2026 18:52

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    1 Sentyabr 2026 15:05

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    1 Sentyabr 2026 14:56

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    1 Sentyabr 2026 14:39

    Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı

    1 Sentyabr 2026 14:35

    Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir

    1 Sentyabr 2026 14:24

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

    1 Sentyabr 2026 14:08

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

    1 Sentyabr 2026 11:27

    Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

    1 Sentyabr 2026 11:24
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.