Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi

    30 Mart 2026 12:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Yəmənin rəsmi hökuməti İranın regiondakı fəaliyyətlərini və Husi qruplaşmasına verdiyi dəstəyi sərt şəkildə pisləyərək bunun ölkənin suverenliyinə birbaşa təhdid olduğunu bəyan edib.

    VOA xəbər verir ki, hökumətin açıqlamasında bildirilib ki, İran Yəməni regional münaqişələrə cəlb etməyə çalışır və silahlı qruplaşmalar vasitəsilə dövlət institutlarını zəiflətmək siyasəti yürüdür. Rəsmi Səna bu cür addımların ölkənin sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.

    Bəyanatda vurğulanıb ki, müharibə və sülh məsələləri yalnız dövlət orqanlarının səlahiyyətində olmalıdır. Hökumət husilərin İsrailə qarşı hücumlarını qanunsuz hərbi fəaliyyət kimi qiymətləndirərək bunun nəticələrinə görə məsuliyyətin həmin qüvvələrin üzərinə düşdüyünü bildirib.

    Qeyd olunub ki, İranın regionda apardığı siyasət digər ölkələrdə də münaqişələrin uzanmasına və dövlətlərin xarici təsir altına düşməsinə səbəb olub. Bu isə Yəmənin də oxşar təhlükə ilə üz-üzə qalmasına gətirib çıxarır.

    Yəmən hökuməti xəbərdarlıq edib ki, bu siyasətin davam etməsi ölkənin milli təhlükəsizliyini, birliyini və sabitliyini ciddi risk altına qoyacaq, iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq, tədarük zəncirlərini pozacaq və enerji ilə ərzaq qiymətlərinin artmasına səbəb olacaq.

    Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edərək Yəmənin suverenliyinə edilən müdaxilələrə qarşı qəti mövqe nümayiş etdirilməsi və qanunsuz hərbi fəaliyyətlərin dayandırılması üçün təzyiqlərin artırılması istənilib.

    Digər tərəfdən, İsrail tərəfi Yəməndən buraxılan pilotsuz aparatların zərərsizləşdirildiyini açıqlayıb. Husilərin münaqişəyə qoşulması isə Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və enerji bazarları üçün əlavə risklər yaradıb.

    #Yəmən hökuməti İranı regionu gərginləşdirməkdə ittiham etdi #Husilərin hücumu: Səna sərt reaksiya verdi #İranın siyasəti Yəmənin suverenliyinə təhdid sayıldı #Yəmən hökuməti beynəlxalq ictimaiyyətə çağırış etdi #Qırmızı dənizdə risk artır – husilər münaqişəyə qoşuldu #Regionda eskalasiya: Yəməndən sərt bəyanat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Londonda keçiriləcək “Böyük İsrail əmlak tədbiri” qanunsuz hesab olunur

    12 İyun 2026 22:37

    Qətər baş naziri və Misir xarici işlər naziri ABŞ-İran vasitəçilik səylərini dəstəkləyir

    12 İyun 2026 22:18

    İsrail ordusu Livanda 10-dan çox Hizbullah komandirinin öldürüldüyünü iddia edir

    12 İyun 2026 21:49

    İsrail sakinləri Ramallahın şimal-qərbində dörd Fələstinlini yaralayıb

    12 İyun 2026 21:29

    Hizbullah Cənubi Livanda İsrail hərbi qüvvələrinə hücumlar həyata keçirib

    12 İyun 2026 20:28

    Müdafiə naziri: İsrail Livan, Suriya və Qəzzadan çəkilməyəcək

    12 İyun 2026 20:06

    BMT-nin Qaçqınlar üzrə Agentliyi Qəzzada 70 əməkdaşını təhlükəsizlik səbəbi ilə işdən çıxarıb

    12 İyun 2026 19:54

    Sülh razılaşması təmin olunsa, Yaxın Şərq üçün böyük nailiyyət olacaq

    12 İyun 2026 19:46

    Hizbullah hansı şəhərlərdə dron hücumları həyata keçirib?

    12 İyun 2026 19:37

    “Sarı Xətt”in genişləndirilməsi atəşkəsi pozur

    12 İyun 2026 19:30

    İsrail ordusu Livandakı kənd sakinlərinə məcburi köçmə xəbərdarlığı edib

    12 İyun 2026 18:51

    Hizbullah Cənubi Livanda İsrail qüvvələrinə zərbələr endirdiyini bildirir

    12 İyun 2026 18:48
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 13 İyun

    100-dən çox Britaniya qanunvericisi əmlak satışını təbliğ edən tədbirin ləğvini tələb edib

    Londonda keçiriləcək “Böyük İsrail əmlak tədbiri” qanunsuz hesab olunur

    Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    Qətər baş naziri və Misir xarici işlər naziri ABŞ-İran vasitəçilik səylərini dəstəkləyir

    Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik - MEDİA

    İsveçrə ABŞ-İran Memorandumunun imzası üçün ev sahibliyi təklif edir

    AZAL-ın Naxçıvan reysləri hava şəraiti səbəbindən Bakıya geri qayıdıb

    ABŞ rəsmisi: “İranla razılaşmaya çox yaxınıq”

    İran XİN sözçüsü: Memorandum üzrə son qərar “daxildə veriləcək”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.