Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    19 Dekabr 2025 20:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında humanitar vəziyyətin kritik olaraq qalmaqda davam etdiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, BMT-yə daxil olan qurumlar tərəfindən hazırlanan Ərzaq Təhlükəsizliyi Səviyyəsinin İnteqrasiya olunmuş Təsnifatı (IPC) hesabatına əsasən, Qəzzada ən azı 1,6 milyon insan 2026-cı ilin aprel ayının ortalarınadək kəskin ərzaq təhlükəsizliyi ilə üz-üzə qalacaq.

    Hesabatda bildirilir ki, son aylarda müəyyən irəliləyişlər müşahidə olunsa da, ərzaq təhlükəsizliyi sahəsində risklər yüksək olaraq qalır. IPC-nin 1 dekabr 2025 – 15 aprel 2026 tarixlərini əhatə edən proqnozuna görə, 10 oktyabr 2025-ci ildə elan olunan atəşkəsdən sonra vəziyyətdə nisbətən yaxşılaşma qeydə alınıb. Avqust 2025-ci ildə qeydə alınan aclıq göstəriciləri ilə müqayisədə ərzaq təminatı və qidalanma sahəsində müsbət dəyişikliklər mövcuddur.

    Bununla belə, hesabatda vurğulanır ki, 1,6 milyon nəfərdən 1,03 milyonu “böhran” səviyyəsində (IPC 3), 571 min nəfər “fövqəladə vəziyyət” səviyyəsində (IPC 4), 1 900 nəfər isə “aclq” səviyyəsində (IPC 5) qiymətləndirilir. Bu göstəricilər ümumi vəziyyətin hələ də “kritik” xarakter daşıdığını ortaya qoyur.

    IPC hesabatında qeyd olunur ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrına qədər Qəzza zolağında 6–59 aylıq uşaqlar arasında təxminən 101 min kəskin qida çatışmazlığı halı gözlənilir. Onlardan 31 mininin ağır dərəcəli olacağı proqnozlaşdırılır. Bundan əlavə, 37 min hamilə və süd verən qadının təcili ərzaq yardımına ehtiyac duyacağı bildirilir.

    Ekspertlərin qiymətləndirməsinə görə, Qəzzada əldə edilən mövcud irəliləyişlər davamlı, genişmiqyaslı və fasiləsiz humanitar və kommersiya yardımına çıxışdan birbaşa asılıdır. Hesabatda xəbərdarlıq edilir ki, münaqişənin yenidən alovlanması və humanitar yardımın dayandırılması halında, ən pis ssenariyə görə, 2026-cı ilin aprel ayının ortalarınadək bütün Qəzza zolağı aclıq riski ilə üzləşə bilər.

    #BMT: Qəzzada 1 #6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir #IPC: Qəzza zolağında humanitar vəziyyət kritik olaraq qalır #BMT Qəzzada aclıq riskinin davam etdiyini açıqladı #Qəzzada humanitar böhran: 1 #6 milyon insan risk altındadır #BMT hesabatı Qəzzada ərzaq təhlükəsizliyinin miqyasını açıqladı #Qəzza üçün xəbərdarlıq: yardım dayansa #aclıq qaçılmazdır #BMT: Qəzzada milyonlarla insan ərzaq böhranı yaşayır #IPC hesabatı Qəzzada aclıq təhlükəsini gündəmə gətirdi #Qəzza zolağında humanitar vəziyyətlə bağlı yeni xəbərdarlıq #UN warns of acute food insecurity for 1.6 million people in Gaza #Gaza faces ongoing food crisis despite recent improvements
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    3 Sentyabr 2026 19:33

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    3 Sentyabr 2026 16:14

    Yəməndə ərzaq böhranı dərinləşir

    3 Sentyabr 2026 12:55

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Britaniya İsraili Qəzza yardımını gecikdirdiyinə görə tənqid edib

    3 Dekabr 2025 04:00
    XƏBƏR LENTİ

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.