Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail Avroviziyadan kənarlaşdırıla bilər

    5 Dekabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Avroviziyadan kənarlaşdırıla bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Avropa Yayım İttifaqı (EBU) bu gün Cenevrədə təcili iclas keçirərək İsrailin gələn il “Avroviziya” musiqi müsabiqəsində iştirakını müzakirə edəcək.

    AzerVoice xəbər verir ki, bir sıra ölkələrin Qəzza müharibəsinə görə İsraili boykot tələbi ilə çıxış etməsi, hətta müsabiqədən imtina edəcəklərini bildirməsi məsələni gündəmin əsas mövzularından birinə çevirib.

    EBU üzvləri iclasda həmçinin hökumətlər və üçüncü tərəflər tərəfindən sənətçilərə qeyri-qanuni dəstəyin qarşısını almağa yönəlmiş yeni qaydaları müzakirə edəcək. Bu addım İsrailin builki iştirakçısına həddindən artıq dəstək göstərməsi ilə bağlı iddialardan sonra atılıb. İsrail iddialara rəsmi cavab verməsə də, özünə qarşı “qara piar kampaniyasının aparıldığını” bildirir.

    Müsabiqə üzrə ekspert Pol Cordan vəziyyəti “Avroviziyanın dönüş nöqtəsi” kimi qiymətləndirərək, Sloveniya, İrlandiya, İspaniya və Niderlandın EBU-ya təzyiq etdiyini, İsrailin iştirakına icazə veriləcəyi halda yarışmanı boykot edəcəklərini bəyan etdiyini bildirib. Qeyd edək ki, 2026-cı ildə müsabiqə Avstriyada keçiriləcək.

    Digər tərəfdən, Almaniyanın dövlət mədəniyyət naziri Volfram Vaymer, əksinə olaraq, "İsrail yarışmadan kənarlaşdırılarsa, Almaniya da iştirak etməməlidir” deyərək mövqeyini açıqlayıb.

    Almaniyanın ARD telekanalı vəziyyəti şərh etməkdən imtina edib. Yarışmaya ev sahibliyi edəcək Avstriya isə İsrailin iştirakının tərəfdarı olduğunu bildirib.

    #İsrailin Avroviziyadan kənarlaşdırılması EBU-da müzakirə olunur #Bir neçə ölkə boykot təhdidi ilə çıxış etdi – Avroviziyada böhran dərinləşir #Avstriya və Almaniya İsrailin iştirakına dair fərqli mövqe nümayiş etdirir #Israel faces possible exclusion from Eurovision as EBU convenes urgent session #Several countries threaten boycott if Israel remains in the competition #Germany and Austria clash over stance on Israel’s participation #EBU İsrailin Avroviziyadan kənarlaşdırılmasını təcili müzakirə edir #Avropa ölkələri boykotla hədələyir – müsabiqə böhranla üz-üzə #Almaniya və Avstriya İsrailin iştirakına dair zidd mövqelər sərgiləyir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    3 Sentyabr 2026 19:33

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    3 Sentyabr 2026 16:14

    Yəməndə ərzaq böhranı dərinləşir

    3 Sentyabr 2026 12:55

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    İsrailin Avroviziya 2026-ya qatılmaması üçün 600 mindən çox imza toplandı

    12 Dekabr 2025 16:18

    İsrailin Avroviziya qəbuluna sərt reaksiya: 6 ölkə müsabiqəni tərk edib

    5 Dekabr 2025 09:58
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.