#Bir neçə ölkə boykot təhdidi ilə çıxış etdi – Avroviziyada böhran dərinləşir

Gələn il Avstriyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə İsrailin qatılmamasının qadağan olunması üçün başlanan imza kampaniyasında bu günə qədər 600 mindən çox insan iştirak edib. Avaaz Qlobal Vətəndaşlıq Platformasında təşkil olunan kampaniya, İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına icazə verilməsindən sonra start götürüb. Kampaniyada bütün yayımlayıcılara və Avropa Yayım Birliyinə (EBU) müraciət edilərək, İsrailin iştirakının dərhal dayandırılması tələb olunub.

Avropa Yayım İttifaqı (EBU) bu gün Cenevrədə təcili iclas keçirərək İsrailin gələn il “Avroviziya” musiqi müsabiqəsində iştirakını müzakirə edəcək. Bir sıra ölkələrin Qəzza müharibəsinə görə İsraili boykot tələbi ilə çıxış etməsi, hətta müsabiqədən imtina edəcəklərini bildirməsi məsələni gündəmin əsas mövzularından birinə çevirib.