Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında

    28 May 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, ilahiyyatçı Elvüsal Məmmədov, xüsusi olaraq AzerVoice üçün

    Ümumiyyətlə tarix, xüsusən İslam tarixində baş vermiş hadisələri tək bir aspektdən izah etmək elmi yanaşma deyildir. Belə reduksionist yanaşma ancaq rəsmi, yaxud ideoloji tarix anlayışında müşahidə olunur. Odur ki İslam tarixinə: a) dini; b) sosial-mədəni; c) siyasi-ideoloji amillərin rol oynadığı tarix kimi baxmaq lazımdır.

    Müsəlman tarixşünaslığı, hər şeydən əvvəl, ideolojidir, sektant məzmundadır, reduksionist yanaşmanın məhsuludur.

    Elmi-akademik yanaşmanın meydana çıxdığı Yeni Dövrdən sonra Müsəlman dünyasında tarixə münasibətin reduksionist-sektant müstəvidən kompleks-akademik müstəviyə daşınması, çox təəssüf ki, böyük ölçüdə baş vermədi. Hələ də bu gün tarixə sülalə salnaməçisi, məzhəb mirzəsi, keçmişin apologetiki gözü ilə baxıb siyasəti, ideologiyanı, praqmatizmi doqmalaşdıran şəxslər mövcuddur. Əlbəttə ki, kütlə, ideoloqlar, siyasətçilər, funksionerlər tarixə ideoloji yanaşacaqlar, - bu, haradasa, başadüşüləndir və gerçəkdir. Amma özünə ziyalı deyən, araşdırma işində akademik-elmi metodları əsas götürən kimsələr üçün bu hal yolverilməzdir.

    İdeoloji-reduksionist yanaşmanın doğurduğu çatışmazlığı, əlbəttə ki, fenomenoloji metodla aradan qaldırmaq mümkündür. Çünki bu metod tədqiqatçıdan tələb edir ki, hadisələri (fenomenləri) əvvəlcədən müəyyən edilmiş zehni qəliblərə (stereotiplərə) təhkim etməsin; qoy hadisələr özləri haqqında özləri danışsınlar. Bəli, əsl ziyalı, tarixçi, şərqşünas bu metodun zəruri etdiyi “ayaqsaxlama” (epoxe) prinsipinə əməl etməlidir. Bu prinsip tələb edir ki, hər hansı tarixi fenomen (hadisə...) öz məzmunu daxilində izah olunsun, əvvəlcədən müəyyən edilmiş zehni qəliblər (stereotiplər) və təsəvvürlərdən imtina edilsin, sonradan formalaşdırılmış ideologiya, yaxud ideoloji klişelər kənara atılsın. Bir sözlə, tarixə aidiyyəti olmayan prinsip və konsepsiyalar, paradiqmalar əsasənda qiymət vermək tədqiqatçılara xas yanaşma olmazdı.

    Unutmayaq, biz qəlbimizin duyğu və inanc labirintlərində özünə yer etmiş şəxsiyyətlərin qoyub getdiyi ideya və ənənələrin, həm də səbəb olduğu tarixi hadisələrin istənilən təftişinə son dərəcə həssaslıqla yanaşan cəmiyyətlərdə yaşayırıq. Bizdə tarixən tarixi şəxsiyyətlər, sülalələr, tarix və tarixi hadisələr doqmalaşmış, istənilən tənqidə qapalı olmuşdur. Əgər tənqid bizdə söyüş və həcv hesab edilirsə, tarix və tarixi proseslər sektant təfəkkürün diktəsi ilə tabu məzmunu kəsb etmişdirsə, onda bütün bunlar bizə başa salır ki, nə üçün hər şeyi bəzən açıq demək olmur, yaxud açıq deyilən sözə nə üçün bu qədər sərt reaksiya verilir...

    Qoca Şərqin qeyri-dini sahələrdə dünyəviləşməsinə böyük ehtiyac vardır... Onda keçmişə görə indimizi müəyyən etməyəcək, gələcəyə köklənəcək, bir-birimizə güvənə, bununla da bütünləşə biləcəyik.

    #Elvüsal Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    3 İyun 2026 15:00

    Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

    22 İyun 2025 11:23

    Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq

    9 May 2025 10:59

    Namazın Dili ilə Bağlı Müzakirələr: Ərəb Dili Niyə Əsasdır?

    1 May 2025 10:01

    Milli maraqlar əsasdırsa, rus dilinə dogma ana dili kimi üz tütmaq, narahatlıq yaratmalıdır – Elvüsal Məmmədov

    24 Fevral 2025 15:34

    Türk dilindən gələn “təhlükə” və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr

    24 Fevral 2025 14:44

    Azərbaycanlı alimin yeni kitabı nəşr olunub

    29 Dekabr 2024 14:50

    Geyim əxlaqın birbaşa göstəricisi deyil

    11 Oktyabr 2024 21:27

    İslamda iqtisadi münasibətlər sistemi

    25 Avqust 2024 16:55

    Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti işıq üzü görüb

    24 İyun 2024 18:06

    İsraili cəsarətləndirən ərəblərin ürəksizliyidir

    28 May 2024 19:51

    Qadın və kişi: fərqlilik, üstünlük, yoxsa naqislik?

    27 May 2024 17:27
    XƏBƏR LENTİ

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

    Qətər İran hücumlarını pisləyib

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    İran ABŞ-ın “Trampa sui-qəsd planı” iddiasını rədd edib

    Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.