Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

    31 Oktyabr 2024 21:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Azərbaycan Dövlət Pantomim Teatrının mövcud vəziyyəti ilə tanış olublar.

    AzerVoice-un məlumatına görə, mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında geniş məlumat verib.

    Bildirilmişdir ki, Azərbaycanın tanınmış teatr kollektivlərindən biri olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. İlk altı il ərzində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmiş, 2000-ci il martın 6-da dövlət statusu almış və 2005-ci ildən etibarən keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.

    Otuz ildən artıq müddət ərzində Pantomim Teatrında müxtəlif müəlliflərin əsərləri səhnələşdirilib. Bu teatrın əsas üstünlüyü dil baryerinin olmamasıdır, və kollektiv bu dövrdə Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

    Bu gün Pantomim Teatrı Azərbaycanın ən çox ziyarət edilən və tamaşaçıların böyük sevgisini qazanan mədəniyyət məkanlarından biridir.

    Qeyd olundu ki, Azərbaycan Dövlət Pantomim Teatrının yerləşdiyi bina 1900-cü ildə tikilib və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

    Mövcud vəziyyətlə tanışlıq çərçivəsində binada görülməsi vacib olan təmir işləri barədə də məlumat verilib.

    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
    #Mehriban Əliyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

    1 Sentyabr 2026 14:05

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    28 Avqust 2026 12:20

    Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

    26 Avqust 2026 20:02

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    26 Avqust 2026 18:46

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43

    Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:40

    Zəhra Pezeşkian Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:36

    Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:34

    Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

    26 Avqust 2026 18:28

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:29

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:22
    XƏBƏR LENTİ

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.