Bakı,AzerVoice
Türkiyə və Misir arasında İsgəndəriyyə limanını alması və ya icarəyə götürməsi məsələsini müzakirə edilir. Bu haqda AzerVoice Türkiyə Kİlərinə istinadən məlumat verir.
Məlumata əsasən İsgəndəriyyə icarəsi yeni ticarət və logistika mərkəzi yaratmaqla limanın Türkiyənin Afrikaya açılan qapısına çevrilməsinə kömək edə bilər.
Belə ki , Aralıq dənizi regionunda mühüm ticarət və gəmiçilik mərkəzi kimi İsgəndəriyyə logistika xidmətləri və təchizat zəncirinin idarə edilməsi üçün böyük potensiala malik strateji mövqeyə malikdir.
Məlumatda o da qeyd olunur ki , Türkiyənin bu sahədə təcrübəsi və infrastrukturu ilə İsgəndəriyyənin əlverişli yerləşməsi regiona iqtisadi artım gətirə bilər. “Bu əməkdaşlıq Türkiyənin Afrikadakı biznesinin genişləndirilməsi istiqamətində strateji addım ola bilər” –deyə məlumatda bildirilir.