Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib

    19 Fevral 2024 14:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq Fondun baş qərargahında üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə iki günlük müşavirələr keçirilib.

    AzerVoice xəbər verir ki, müşavirələr çərçivəsində ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanmasına dair təkliflər irəli sürülüb, Türk dövlət başçılarının Türk Əməkdaşlıq Təşkilatı qarşısında qoyduğu vəzifələr, “TURKTIME” proqram sənədi müzakirə edilib.

    Müşavirəni giriş sözü ilə açan təşkilatın rəhbəri Aktotı Raimkulova iştirakçıları salamlayaraq iclasın gündəliyi haqqında məlumat verib. O, "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində Fondun üzərinə qoyulan “Türk mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası üzərində artıq işlərin başladıldığını vurğulayıb.

    İclasın gündəliyinə Konvensiyanın hazırlanması, Fondun növbəti iki il üçün fəaliyyət planına baxılması və təşkilatın nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması ilə bağlı məsələlər daxil edilib.

    Sonra iştirakçılara “Türk Mədəni İrsi Konvensiyası” layihəsinin təqdimatı nümayiş etdirilib. Dövlət qurumlarının nümayəndələri, ekspert qrupları və Fondun əməkdaşları sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Fondun Şurasının yaradılması və “Türk Mədəni İrsi Konvensiyası”nın hazırlanması istiqamətində də məhsuldar işlər aparılıb. Konvensiyanın təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən yaradılmış ekspert qrupu ilə mütəmadi olaraq onlayn və ikitərəfli görüşlər keçirilib, daha sonra yekun rəylər təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilib.

    İclasda həmçinin təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında Türk Dünyasının zəngin irsinin təbliği, qorunması və bərpası yönündə layihələri ehtiva edən Fondun iki illik Fəaliyyət Planı ətraflı nəzərdən keçirilib.

    İki gün ərzində keçirilən görüşlər çıxışlar, qarşılıqlı fikir mübadiləsi və təkliflərlə müşayiət olunub.

    Qeyd edək ki, razılaşdırılmış qərarların qəbulu üçün Fond tərəfindən bu cür əlaqələndirmə görüşləri bundan sonra da davam etdiriləcək.

    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    Türk Mədəniyyəti və İrsi Fondunda müşavirələr keçirilib
    #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.