Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hadisə
Bəzi məktəblərdə Formula 1-ə görə ənənəvi tədris gecikəcək. AzerVoice xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Bu məktəblərə 132,134,6 nömrəli məktəblər daxildir.
Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir. AzerVoice xəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.
Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad yetərli deyil, dəyişiklik üçün şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması tələb olunur. AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İşin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.
"Zəlzələ olan bölgələrimizdə monitorinq aparılır. Bunun nəticələri tədqiq olunur. Gecə ölkəmizdə hiss edilən zəlzələdən indiki saata qədər güclü afteşoklar qeydə alınmayıb.Lakin hazırda ölkəmizdə seysmoloji vəziyyət stabildir."
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal hadisə yerinə Nazirliyin qüvvələri cəlb olunub. Məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində mürəkkəb relyefli dağlıq ərazidə alovun genişlənməsinin və böyük sahəyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
Bakıda Şəhid məzarları önündə video çəkən ərəblər həbs edilib. Qeyri-etik ifadələr işlədən ərəblər polis əməkdaşları tərəfindən saxlanılıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar şəhid məzarları önündə Qeyri-etik ifadələr işlədərək videoya çəkiblər.
Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.