Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Çe Qevara öldürüldü

    9 Oktyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Çe Qevara öldürüldü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1967-ci il oktyabrın 9-da sosialist inqilabçı və gerilla hərəkatının lideri Ernesto “Çe” Qevara, 39 yaşında olarkən Boliviya ordusu tərəfindən edam edildi. ABŞ ordusunun dəstəklədiyi Boliviya qüvvələri Çeni 8 oktyabrda ölkənin dağlıq bölgəsində gerilla birliyi ilə döyüş zamanı ələ keçirmiş, ertəsi gün isə güllələməklə edam etmişdilər. Onun əlləri ölüm sübutu kimi kəsilərək saxlanılmış, cəsədi isə naməlum bir məzarda basdırılmışdı.
    1997-ci ildə Çenin qalıqları tapılaraq Kubaya qaytarıldı və Fidel Kastronun da iştirak etdiyi dövlət mərasimində minlərlə kubalının iştirakı ilə yenidən dəfn olundu.

    Ernesto Rafael Qevara de la Serna 1928-ci ildə Argentinada varlı bir ailədə anadan olmuşdu. Buenos-Ayres Universitetində tibb təhsili alarkən bir müddət dərslərini dayandıraraq motosikletlə Cənubi Amerikaya səyahətə çıxdı. Bu səyahət zamanı o, qitə boyu kasıblığın, sosial bərabərsizliyin və aşağı təbəqələrin ağır vəziyyətinin şahidi oldu.

    1953-cü ildə tibb diplomunu aldıqdan sonra səyahətlərini davam etdirən Çe Latın Amerikasında sol yönümlü hərəkatlara və inqilabi təşkilatlara qoşuldu. 1950-ci illərin ortalarında o, Meksikada sürgündə olan Fidel Kastro və onun inqilabçı dəstəsi ilə tanış oldu.

    Onun Kuba inqilabında rolu

    Çe Qevara 1959-cu ildə Kastronun Kuba diktatoru Fulgensio Batistanı devirməsində mühüm rol oynadı. Qələbədən sonra o, Kastronun sədaqətli silahdaşı və sənaye naziri kimi fəaliyyət göstərdi. Çe ABŞ-ın Latın Amerikasındakı hegemonluğuna qarşı çıxır, üçüncü dünya ölkələrində kəndlilərə əsaslanan silahlı inqilabların sosial ədalətsizliyə qarşı yeganə çıxış yolu olduğunu müdafiə edirdi.

    1965-ci ilin aprelində Çe Kubadakı vəzifəsindən istefa verdi (bəzi mənbələrə görə, vəzifədən uzaqlaşdırıldı). Buna səbəb, Kastro ilə iqtisadi və xarici siyasət məsələlərində yaranmış fikir ayrılıqları idi. O, Kubanı gizli şəkildə tərk etdi, bir müddət Afrikada inqilabi fəaliyyətlə məşğul oldu və daha sonra Boliviyada peyda oldu.

    Lakin Boliviyada gerilla hərəkatı uğursuzluğa düçar oldu. 1967-ci ilin oktyabrında Boliviya ordusu tərəfindən ələ keçirilən Çe La Higuera kəndində sorğu-sualsız güllələndi.

    Çe Qevara ölümündən sonra dünyada anti-imperializmin və inqilabi azadlıq mübarizəsinin simvoluna çevrildi. 1960-cı ildə Alberto Korda tərəfindən çəkilmiş, başında beret olan məşhur fotosu bu günə qədər plakatlarda, köynəklərdə və azadlıq simvollarında yer alır.

    Lakin hər kəs onu qəhrəman saymır. Bəzi tənqidçilər Çeni Kuba inqilabı dövründə yüzlərlə məhbusun edamına göstəriş verməkdə, avtoritar davranışlarda və siyasi rəqiblərə qarşı qəddarlıqda ittiham edirlər.

    Bununla belə, Çe Qevara hələ də bir çoxları üçün ədalət, üsyan və mübarizə idealının simvolu olaraq qalır - adı həm tarixi xronikalarda, həm də xalq yaddaşında “mübariz inqilabçı” kimi yaşayır.

    #Boliviya #Argentina #Fidel Kastro #Çe Qevara #Ernesto Çe Qevara #sosialist inqilabçı #Buenos-Ayres #Ernesto Rafael Qevara de la Serna #Fulgensio Batistan #Kastro #La Higuera
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Xruşşov və Eyzenhauer Kuba uğrunda qarşılıqlı hədələrlə çıxış etmişdilər

    9 İyul 2026 03:00

    Tarixdə bu gün - 9 İyul

    9 İyul 2026 00:01

    Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi

    8 İyul 2026 10:20

    Messi yeni tarixi rekorda imza atdı

    4 İyul 2026 11:57

    Fidelin inqilabını yaşadan dövlətin baş memarı - Raul Kastro

    21 İyun 2026 22:00

    Əlcəzair Messini FİFA-ya şikayət etdi

    20 İyun 2026 14:06

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    3 İyun 2026 14:20

    Dünya çempionatında çox sarı kart alan futbolçu – Maskerano

    1 İyun 2026 14:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.