İqtisadiyyat

Keçən ilin dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 62 milyard 47 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin dekabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 26 milyard 373 milyon dollar, idxalı isə 10.7 faiz artaraq 35 milyon 674 min dollar olub. “Keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

2026-ci ilin yanvar ayında Türkiyədən Misirə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2faiz azalaraq, 10 milyon 603 min 11 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 1 milyon 244 min 310 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 902 min 348 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 341 min 962 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq, 814 min 99 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 317 milyon 552 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 4 milyard 499 milyon 565 min dollar məbləğində sement ixrac edib.

2025-ci ilin yanvar-dekabr ayında Türkiyənin Kocaeli limanı 9 min 206 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 2 min 628, digər ölkələrin bayraqları altında üzən 6 min 578 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyə limanları 37 milyon 532 min 442 ton yük qəbul edib.

2026-ci ilin yanvar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 910 min 808 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 5 milyon 580 min 975 nəfər, beynəlxalq reyslər üzrə isə 7,8 faiz artaraq 1 milyon 329 min 833 nəfər təşkil edib.

“Türkiyənin "Eczacıbaşı Holding"inin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşdə ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələrdə Azərbaycanda potensial fəaliyyəti barədə fikirlərimizi bölüşdük”, - paylaşımda vurğulanıb.

2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalaraq, 4 milyon 595 min 55 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.