İqtisadiyyat

Türkiyənin Denizli rayonunda yerləşən Tavas Dövlət Xəstəxanasının AMATEM bölməsinin təmiri ilə bağlı açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işə başlanılacaq və layihənin 30 təqvim günü ərzində tamamlanması tələb olunur.

Ordu vilayətinin Altınordu rayonunda 1196 mənzilin tikintisi, ticarət obyektləri və məscid daxil olmaqla kompleks layihə üzrə açıq tender keçiriləcək. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra işlərin 650 təqvim günü ərzində tamamlanması planlaşdırılır.

Türkiyədə su təmizləmə sektoru üzrə böyük həcmli kimyəvi maddə alışı ilə bağlı tender elan edilib. İlkin məlumatlara əsasən, satınalma çərçivəsində ümumilikdə 14 min ton alüminium sulfatın alınması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsulun Ankara şəhərində yerləşən su təmizləmə qurğularına mərhələli şəkildə çatdırılması planlaşdırılır.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə BƏƏ kapitalı ilə 3 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 500 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 190 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 10 milyon 14 min 1 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Özbəkistana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıraraq , 4 milyon 362 min 88 dollara çatdırıb.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Özbəkistan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 25 milyon 100 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 14 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.