Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyənin Kocaeli limanı 21 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    21 May 2025 17:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin Kocaeli limanı 21 milyon tondan çox yük qəbul edib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    2025 - ci ilin aprel ayında Türkiyənin Kocaeli limanı 22 milyon 886 min 426 ton yük qəbul edib.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 1 milyon 810 min 96 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 21 milyon 76 min 330 ton yük daşınıb.

    2025 - ci ilin aprel ayında Kocaeli limanından 991 min 359 tranzit yük aşırılıb.

    Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyə limanları 33 milyon 122 min 363 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 278 min 945 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 843 min 418 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 445 min 377 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanları 138 milyon 887 min 172 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 9 milyon 781 min 974 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 129 milyon 105 min 198 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanlarından 22 milyon 310 min 951 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

    2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

    #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Kocaeli limanı #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #Türkiyə limanlarının statistikası #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Türkiyə 6G dövrünə hazırlaşır: 5G abunəçilərinin sayı 42 milyona yaxınlaşdı

    14 İyun 2026 17:00

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    10 İyun 2026 10:13

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15

    Adnan Menderes Hava Limanından istifadə 9 faiz artıb (ÖZƏL)

    19 May 2026 09:15

    Esenboğa Hava Limanından istifadə edən müştərilərin sayı artır - 4 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 11:00
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.