Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Birləşmiş Krallıqdan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    28 Noyabr 2024 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Birləşmiş Krallıqdan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-oktyabr aylarında Birləşmiş Krallıqdan Türk limanlarına 2 milyon 688 min 26 ton yük daşınıb.

    Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Birləşmiş Krallıqdan Türkiyə limanlarına 26 min 89 ton yük daşıyıb.

    “Bu ilin yanvar-oktyabr aylarında Birləşmiş Krallıqdan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 611 min 737 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Birləşmiş Krallıqdan Türkiyəyə Birləşmiş Krallıq bayrağı ilə üzən gəmilərlə 50 min 200 ton yük daşınıb.

    2024-cü ilin yanvar-oktyabr aylarında Birləşmiş Krallıqdan Türkiyə limanlarına 79 min 197 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib.

    “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

    2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyə bayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyə nazirlikdən bildirilib.

    #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    10 İyun 2026 10:13

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15

    Adnan Menderes Hava Limanından istifadə 9 faiz artıb (ÖZƏL)

    19 May 2026 09:15

    Esenboğa Hava Limanından istifadə edən müştərilərin sayı artır - 4 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 11:00

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 10:00

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 25 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 09:15

    Tekirdağ limanında "yük" partlayışı - 653 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 17:15

    Mersin limanında "yük" partlayışı - 667 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:50

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40
    XƏBƏR LENTİ

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.