Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    14 Noyabr 2024 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib.

    “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

    2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyə bayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    İskenderun limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ambarlı limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    12 May 2026 16:15

    Aliağa limanında "yük" partlayışı - 24 milyon tonu kim daşıdı? (ÖZƏL)

    12 May 2026 15:15

    Türkiyə limanlarında bir ayda 77 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 May 2026 11:15

    Türkiyə limanları bir ayda 4 mindən çox gəmi qəbul etdi (ÖZƏL)

    12 May 2026 10:30

    Türkiyə limanlarında rekord inşaat yükü - 9,6 milyon ton (ÖZƏL)

    19 Aprel 2026 14:00

    Türkiyə limanlarından dünya bazarlarına - Martda milyonlarla ton kənd təsərrüfatı məhsulu yola salınıb (ÖZƏL)

    19 Aprel 2026 12:15

    Strateji daşımalar - Türkiyə limanlarından keçən xam neftin həcmi açıqlandı (ÖZƏL)

    19 Aprel 2026 10:15

    Türkiyənin Tekirdağ limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 18:00

    Türkiyənin Mersin limanının yük qəbulu 10 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 16:00
    XƏBƏR LENTİ

    Modi: Hörmüz boğazının açıq qalması qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır

    Hindistan Baş naziri Modi ABŞ–İran razılaşmasını “sülh üçün ümid” adlandırıb

    İran: Ayətullah Əli Xameneinin dəfn mərasimi İraqdan keçəcək

    Tramp və Modi G7 kənarında İran razılaşmasını müzakirə ediblər

    Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    Neftin qiymətləri yenidən artdı

    Livan prezidenti: Beyrut atəşkəs danışıqlarını aparır və İranın dəstəyinə açıqdır

    İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    Merz: İran–ABŞ razılaşmasına dəstək davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.