2025 - ci ilin yanvar - sentyabr ayında Türkiyənin Aliağa limanı 54 milyon 302 min 459 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 2 milyon 251 min 12 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 52 milyon 51 min 447 ton yük daşınıb.
Biznes
Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 23 milyon 149 min 83 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 189 milyon 546 min 81 dollara bərabər olub.
Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1% artaraq 21,799 milyard kVt/saat olub. Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES) 18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414 milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
2025-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 505 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 274 obyekt azdır. Məlumata görə, bu ilin sentyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 62 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 25 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərində keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. Taleh Kazımov bu barədə özünün X sosial şəbəkəsində paylaşım edib. Kazımov bildirib ki, görüşdə Azərbaycan və Çin arasında maliyyə sahəsindəki ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. O, ötən ay imzalanmış Anlaşma Memorandumunun hər iki qurum arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
2025 - ci ilin yanvar - sentyabr ayında Türkiyənin Bandırma limanı 3 milyon 838 min 70 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən 136 min 967 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 701 min 103 ton yük daşınıb.
2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Kocaeli limanı 6 min 913 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən min 967, digər ölkələrin bayraqları altında üzən 4 min 946 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 41 obyekt çoxdur. Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 67 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 20 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq, 2 milyon 583 min 51 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artaraq, 534 min 55 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 3 milyard 353 milyon 191 min dollara bərabər olub.
2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin İskenderun limanı 3 min 160 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 506, digər ölkələrin bayraqları altında üzən 2 min 654 gəmi qəbul edib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qırğızıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq, 161 milyon 81 min 3 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qırğızıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 20 milyon 156 min 44 dollara çatdırıb.
2025-ci ilin sentyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 31 milyon 334 min 474 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 5 milyon 225 min 3 nəfər, beynəlxalq reyslər üzrə isə 0,4 faiz artaraq 26 milyon 109 min 471 nəfər təşkil edib.