“Qəbələ” və “Kəpəz” Rusiyanın "SKA" klubunun 21 yaşlı dayaq yarımmüdafiəçisi Sadıq Bağıyevlə maraqlanır.
ArabSport
Napolinin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər. Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər. Xatırladaq ki, Qarabağ Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə Napoliyə qarşı keçirəcək.
Noyabrın 9-da Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib. Taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər. Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. İdmançılarımızın nəticələrini təqdim edirik:
9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.
Futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulub.
Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Misli Premyer Liqasının XI turu çərçivəsində daha bir qarşılaşma keçirilib. “Turan Tovuz” səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.
Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın futzal millisi A qrupunda son oyununu keçirəcək.
Dörd oyunluq qələbə seriyası “Qalatasaray”la heç-heçə ilə bitən “Trabzonspor”, öz meydanında “Alanyaspor”u qəbul edir.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu futbolda mərclik iddiaları ilə bağlı araşdırma aparıb. Araşdırma çərçivəsində Eyüpspor prezidenti Murat Özkaya, bir klubun keçmiş sahibi, Kasımpaşa SK-nın keçmiş prezidenti Fatih Saraç və 17 hakim daxil olmaqla toplam 21 nəfər saxlanılıb. Hakimlər “oyunun nəticəsini təsir etmək” və “aldadıcı məlumat yaymaq” ittihamları ilə sorğuya cəlb olunublar. Araşdırma İstanbul daxil olmaqla 12 şəhərdə aparılıb.