ArabSport

FIFA 2026-cı il Dünya Kuboku üçün bilet satışları üzrə müraciətlərin rekord həddə çatdığını açıqlayıb. FIFA bildirir ki, müraciətlər qurumun 211 üzv assosiasiyasının hamısından daxil olub. Ən çox müraciət göndərən ölkələr sırasında turnirin ev sahibləri olan ABŞ, Meksika və Kanada, eləcə də Almaniya, İngiltərə, Braziliya, İspaniya, Portuqaliya, Argentina və Kolumbiya yer alıb.

Barselona heyətini gücləndirib. Kataloniya klubu portuqaliyalı müdafiəçi Jao Kanselonu mövsümün sonunadək icarə əsasında transfer edib.Qeyd edək ki, Cancelo 2023–2024 mövsümündə də Mançester Sitidən icarə əsasında Barselonada çıxış edib və bütün turnirlərdə 42 oyunda forma geyinib.

Niderlandın “Ayaks” klubu İtaliyanın “Milan” komandasında çıxış edən Maksimilian İbrahimoviçi icarə əsasında heyətinə qatıb. 19 yaşlı hücumçu 2025/2026 mövsümünün sonunadək Amsterdam təmsilçisində çıxış edəcək. Müqavilədə transferin mövsüm sonunda tam reallaşdırılması üçün satınalma opsiyası da nəzərdə tutulub.

Bu gün “Araz-Naxçıvan” və “Qəbələ” futbol klubları yoxlama görüşündə üz-üzə gələcək. Qış təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq rəqiblərin dueli Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Bazar ertəsi “Al Shaqab” qapalı arenasında 4-cü Körfəz Oyunlarının (Doha 2026) möhtəşəm açılış mərasimi keçirilib. Tədbir Körfəz birliyini tərənnüm edən rəngarəng çıxışlarla yadda qalıb və regionun gənc idmançıları üçün öz istedadlarını nümayiş etdirə biləcəkləri unikal platforma rolunu vurğulayıb.

"Mançester Yunayted" klubdaxili danışıqlardan sonra “Çelsi”nin futbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib. “Qırmızı şeytanlar” klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Bildirilib ki, Bakı İdman Sarayında keçirilən yarışın son günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar müəyyənləşib. Çempionatına 61 kiloqram çəki dərəcəsində Nürəddin Novruzov (Neftçi), Ceyhun Allahverdiyev (MOİK), Əliabbas Rzazadə (Neftçi), Fərhad Hacıyev (Neftçi)